Xalq artisti Səkinə İsmayılova uzun müddət sonra qızı ilə yeni fotosunu paylaşıb.
Axşam.az xəbər verir ki, o, doğum günü olan övladını sosial şəbəkə vasitəsilə təbrik edib.
“Allah səni xoşbəxt etsin, ömrünə ömür qatsın” deyə, sənətçi Bibixanımla olan fotosuna yazıb.
Mənsum İbrahimov, Simarə İmanova kimi xanəndələr isə həmkarlarının qızını təbrik ünvanlayıblar.
Qeyd edək ki, Bibixanımın Səkinə adlı bir qızı var.