İndoneziyanın Qərbi Papua əyalətində silahlı qarşıdurma yaşanıb.
Redaktor.az MK-ya istinadən xəbər verir ki, bölgənin müstəqilliyi uğrunda mübarizə aparan separatçılarla polis qüvvələrinin toqquşması nəticəsində 6 nəfər həlak olub, 2 yaralı var.
Qanlı hadisə baş verən ərazi polis qüvvələri tərəfindən tam nəzarətə götürülüb.