“Boluspor”dan ayrılan millimizin üzvü Ufuk Budakın yeni klubu müəyyənləşib.
Qol.az-ın xəbərinə görə, 29 yaşlı müdafiəçi Türkiyə birinci liqa təmsilçisi “Altınordu”ya transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ufuk Budak Türkiyədə “Samsunspor”, “Manisaspor”, “Kayserispor” və “Qaziantep BB” klublarında da çıxış edib.