Xəzərdə zəlzələ baş verib
Avqustun 27-də Xəzər dənizində maqnitudası 3,6 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:18-də qeydə alınıb. Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.
Leysan, dolu, külək — BU GÜNÜN HAVASI
Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb. “Ölkə.Az” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, avqustun 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi…
Amerikalı senator Rusiyanın ona viza vermədiyini bildirir – Rusiya səfirliyi bunu təkzib edir
ABŞ Konqresinin respublikaçı senatoru Ron Conson Rusiyanın ona ölkəyə daxil olmaq üçün viza vermədiyini bildirib. “RİA “Novosti” xəbər verir ki, müvafiq press-reliz konqresmenin saytında dərc edilib. Qeyd olunub ki, Conson Konqresin ikipartiyalı nümayəndə heyətinin tərkibində Rusiyaya səfər edəcəkdi. O, səfər…