Ağstafa rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, rayonun Yuxarı Göycəli kəndində 29 yaşlı Haqverdiyev Orxan Mahir oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hadisə televizor təmir edərkən baş verib.
Qeyd edək ki, Orxan Haqverdiyev ailəli olub, bir övladı var.