Kriminal Manşet

Atasını baltalayan şəxs: “Bezdirmişdi, özümü öldürəcəkdim”

Şamaxıda adam öldürməkdə təqsirləndirilən Nadir Əliyev (ad soyad şərtdidir) cinayət işi üzrə məhkəmə başa çatıb.

Anews.az-ın məlumatına görə, qətl Şamaxı şəhərində baş verib. N. Əliyev aralardında yaranan münaqişə zəmindən 70 yaşlı atası A. Əliyevi qətlə yetirib.

Təqsirləndirilən şəxs qismində dindirilən şəxs bildirib ki, hadisə baş verən gün arvadından pul istəyib: ” Pulu vermədi, dedi ki, lazım olduğundan verə bilməz. Mübahisəmiz düşdü, qışqır-bağır saldım. Atam gəldi, məni danlamağa başladı. Əsəbləşib onu da itələdim. Atam həyətin baş tərəfindəki talvara tərəf getdi. Həmişəki kimi ya çubuq, ya da dəmir parçası alıb üstümə gələcəyini bilirdim. Ona görə daxmaya qaçdım ki, balta götürüm. Atam əlində dəmir boru giriş qapısında dayanmışdı. Baltanın kəsici hissəsi ilə onu başından vurdum. Zərbənin təsirindən yerə yıxıldı, başından qan axmağa başladı”.

Atasını baltayla vurduqdan sonra Nadir Əliyev öz başına da balta zərbələri endirib: “Atamla əvvəllər də xırda mübahisələrimiz olurdu, içki içdiyimə görə məni danlayırdı. Əslində Baltanı götürüb özümü öldürəcəkdim. Məni bezdirmişdi. Törətdiyim əməldən peşmanam”.(bakupost)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir