İqtisadiyyat

Azərbaycanın fond bazarı 4% artıb

Bu ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10 022 897 272 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur.

BFB-dən Redaktor.az-a verilən məlumata görə, 2019-cu ilin avqust ayına Bakı Fond Birjasının kapitalizasiyası 3 373 630 765,59 manat təşkil edib. Ümumilikdə BFB-nin kapitalizasiyası keçən aya nisbətən 0,04% artıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar üzrə aparılan əməliyyatların həcmi ötən ili ilk səkkiz ayı ilə müqayisədə cəmi 0,1% artaraq 8 531 919 868 manata, korporativ qiymətli kağızlar üzrə isə 26,1% artaraq 746 683 838 manata çatıb.

Cari ilin yanvar-avqust aylarında repo əməliyyatlarının həcmi 744 293 566 manat olub ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 39,9% artıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir