İqtisadiyyat

Pakistan Azərbaycanla birgə müəssisə yaratmaqda maraqlıdır – Hədəfdə tekstil sahəsidir

“Pakistan Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır”.

Zirveyolu.info xəbər verir ki, bunu Trend-ə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

O qeyd edib ki, birgə layihələr müxtəlif sahələrdə, xüsusilə də tekstil məhsullarının istehsalında reallaşdırıla bilər:

“Pakistanın tekstil sənayesi yaxşı inkişaf edib. Ölkənin sənaye məhsullarının ixracında ən böyük hissəni bu sahə təşkil edir. Azərbaycana ixracın 60 faizi tekstil məhsullarının payına düşür”.

Səfir əlavə edib ki, Azərbaycana ixrac strukturunda ikinci yeri düyü tutur.

Onun sözlərinə görə, Azərbaycanla birgə müəssisələrin yaradılması yaxın perspektivdə nəzərdən keçirilə bilər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir