Meqan Markl və şahzadə Harri Kraliça II Elizabetin Balmoral qəsrinə dəvətini rədd etməklə onun xətrinə dəyiblər.
Cütlük Britaniya Kraliçasının, adətən, yayın iki ayını keçirdiyi Şotlandiyadakı iqamətgahına getməmək üçün övladlarını bəhanə gətirib. Onlar dörd aylıq Arçinin belə səyahətlərə hələ tam hazır olmadığını deyiblər.
Kral ailəsinə yaxın mənbədən verilən məlumata əsasən, II Elizabet bu cavabdan çox məyus olub, çünki bir müddət öncə körpə bir həftə İbizada olub, daha sonra isə valideynləri ilə Elton Conun görüşünə, Fransaya yollanıb.
Səfərə getməmək təşəbbüsünün M.Markldan gəldiyi güman edilir, çünki Balmoralda atıcılıq, ovçuluq və balıqçılıqdan başqa əylənmək üçün heç bir məşğuliyyət yoxdur.
“Oxu.az”