Siyasət

Ağdamı işğal edən general həbs oluna bilər – “1 mart hadisələrinə görə…”

Ermənistanın Xüsusi İstintaq Xidməti 1 mart hadisələri ilə bağlı cinayət işinin ayrıca icraata verilmiş epizodu üzrə istintaqı, müxtəlif, eyni zamanda keçmiş və indiki vəzifəli şəxsləri dindirməyə çağırmaqla davam etdirir.
Eurasia Diary bildirir ki, bu haqda “Qraparak” qəzeti yazıb.
Nəşr yazır ki, bu yaxınlarda qondarma “dqr”-in “Təhlükəsizlik Şurasının” keçmiş katibi Vitali Balasanyanın da ifadə verməsi üçün çağırıldığı məlum olub. Xüsusi İstintaq Xidməti V. Balasanyana sentyabrın 5-nə çağırış vərəqi göndərib, lakin çağırış avqustun 4-ü axşam saatlarında çatdırılıb. Yəni məlumat ona lazımi qaydada və vaxtında verilməyib, bu səbəbdən də dindirilmə tarixi təxirə salınıb…
Qəzet yazır ki, Dağlıq Qarabağdan Ermənistana gəlmək üçün bir və ya iki saat yox, ən azı bir-iki gün vaxt tələb olunur. Buna görə də Dağlıq Qarabağda  belə hesab edirlər ki, bu vəziyyətdə vaxtilə Robert Köçəryana və Qaqik Xaçatiryana tətbiq olunan hiylə ona qarşı da tətbiq oluna bilər. Yəni o, dindirilmə adı ilə çağırılır və həbs olunur:
“Ancaq hamı başa düşür ki, Vitali Balasanyanı dindirməyə çağırmağın əsl səbəbi onun son günlərdəki müsahibələri və açıqlamaları, xüsusən martın 1-də Levon Ter-Petrosyanın öz dəstəsi ilə insanlara atəş açması fikrini səsləndirməsidir:
“Xalqa atəş açmaq nə deməkdir? Levon Ter-Petrosyan xalqa atəş açıb, dəstəsi ilə birlikdə. Vaxt gələcək…1 mart hadisələrindən mən də xəbərdaram, baş verənlər haqqında mənim də məlumatlarım var”.
Balasanyan, Ermənistan hakimiyyətini, hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərini fəal şəkildə tənqid edib, İrəvanda onunla bağlı “şou” keçirdiklərini istehza ilə dilə gətirib və “dindirilməyə çağıracaqlarını deyirlər, lakin bu günə qədər bunu etməyiblər” söyləyib.

Nəşrin müxbiri Vitali Balasanyan ilə əlaqə saxlamaq istəyib, lakin o, zənglərə cavab verməyib. Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqanjanyan isə gündəmdə yaranan və digər suallara cavab olaraq “Biz şərh vermirik” deməklə kifayətlənib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir