Siyasət

Danışıqlar öncəsi Yerevandan növbəti TƏXRİBAT – Arazboyu ərazilər məskunlaşdırılır

Azərbaycan və Ermənistan xarici işlərt nazirinin gözlənilən görüşü ərəfəsində Yerevan növbəti destruktiv addım atıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmən ölkə Qarabağın Arazboyu ərazilərində yerləşən Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında kütləvi köçürmə prosesinə başlkayır. Bunun üçün Arazboyu kəndlərin münbit, əkinə yararlı torplaqında iri təsərrüfatların yaradılması planlaşdırılır. 2018-ci lidə yaradılan “Zona Araz” şirkətinin direktoru Qriqori Səfəryan bölgədə 3 min hekltar sahədə meyvə bağlarının salındığını deyib.

 

“170 hektar ərazui suvarma sistemi ilə təmin olunub. Hazırda 56 hekatda üzüm, 25 hekarda nar, 15 hektarda alma bağları salınıb. Eyni zamanda, heyva, ananas, şaftalı və s. bağları da salınıb”.

 

Yerli qondarma administrasiyanın üzvü Kamo Petrosyan bölgədə işçi qüvvə ilə bağlı problemdən şikayətlənib.

“Burda torpaq sahələri çoxdur. Məhsul əldə etmək üçün işçi qüvvəyə ehtiyacımız var. Amma dövlət dəstəyi aldığımız üçün yeni işçilərin gələcəyinə inamım var”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir