Cəmiyyət

Komitə sədri boşanmalar barədə: “Valideynlər ciddi yanaşmır”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda boşanmaların qarşısının alınması üçün təkliflər səsləndirib.

Deputat Oxu.Az-a açıqlamasında deyib ki, boşanmağı düşünən ailələrə vaxt verilməlidir.

Onun sözlərinə görə, qeydiyyat şöbələrində barışıq missiyası olan qurumlar olmalıdır ki, boşanmaq istəyənlərə vaxt versinlər:

“Bundan başqa, valideynlər də öz tövsiyələri ilə ər-arvadı bu yoldan çəkindirməlidirlər”.

Millət vəkili boşanmaların səbəblərindən də söz açıb. A.Naxçıvanlının fikrincə, cütlüklər ailə qurarkən dərindən düşünmür və tələskənliyə yol verirlər:

“Gənclər bəzən şan-şöhrətə aldanıb ailə qururlar. Yerlərdə maarifləndirmə işləri zəif gedir. Əlbəttə ki, ailələrin də böyük nöqsanları var. Valideynlər gənclərin evlənməsi məsələsinə çox ciddi yanaşmır”.

Qeyd edək ki, 2019-cu ilin altı ayında qeydiyyat şöbələri tərəfindən 8257 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 7219 olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir