Azərbaycan Respublikası
KİV “Zirvə Yolu” qəzetinin
Baş redaktoru Oktay Azaflı cənablarına
Ağcabədi rayonu “Boyat”
Kənd sakini Əsgərova Ədibə
Museyib qızı tərəfindən
Ərizə
Hörmətli Oktay müəllim!
Yazaraq, Sizə bildirirəm ki, 2018-ci ilin dekabr ayında əmim oğlu Ağayev Davudun həyat yoldaşı Ağayeva Elnaz Kərəm qızı tərəfindən mən aldanaraq, 2019-cu ilin iyul ayının 18-nə qədər mənim yaxın qohumlarımın, bacı-qardaşımın, ailəvi münasibətdə olduğumuz insanlardan ümumi məbləği 221min manat (iki yüz iyirmi bir min manat) pul almışdır.
Dəfələrlə, istintaq orqanlarına müraciət etməyimizə baxmayarq Ağayeva Elnaz verilən pulun geri qaytarılmasını istəmir. Hər dəfə pulun geri qaytarılmasını müxtəlif bəhanələr ilə uzadır.
Məlumat üçün Sizə bildirirəm ki, Ağayeva Elnaz hal-hazırda Goradil kəndində yaşayır. Əlavə olaraq qeyd edim ki, göstərdiyim 221 min manatın içərisində, mən də öz evimi, qızımın evini, bacımın evini “Bank”a girov qoyub, 63 min (altmış üç min manat) Elnaza vermişəm. Yekun olaraq bildirirəm ki, Ağayeva Elnaza verilən məbləğin 221 min manatın 63 min manatı bizim ailəyə dəyən ziyandır. Çox böyük sıxıntılar içərisindəyik, maddi vəziyyətimiz pisləşib, hal-hazırda yoxsulluq dərəcəsində yaşayırıq.
Sizdən xahiş edirəm, mənim vəziyyətimi nəzərə alıb, mənim başıma gələn bu hadisəni redaksiyanız vasitəsi ilə ictimailəşdirəsiniz, bizə Sizin köməyiniz lazımdır. Mənim və ailəmin başına gələn bu hadisələrin həll olunmasında tezliklə kömək edib, xeyirxahlıq göstərsəniz Sizə çox minnətdar olarıq.
Əsgərova Ədibə Müseyib qızı
13.09.2019