Dünya

Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI

Rusiyada yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində faciəvi yol qəzası baş verib.
Anews.az xəbər verir ki, Yekaterininburq-Şadrinsk-Kurqan magistral yolunda meydana gələn hadisə zamanı alovlanan maşınların qapıları kilidə düşdüyü üçün içindəkilər yanaraq ölüb.

Ölənlər yük maşınının sürücüsü 34 yaşlı Yevgeni Muratov, avtomobilin sürücüsü 56 yaşlı oleq Baskakov və onun həyat yoldaşı Tatyana Baskakovadır.
Çıxan yanğını bir müddət sonra yanğınsöndürən briqada nəzarətə ala bilib. Yanaraq ölən şəxslərin cəsədləri çıxarılaraq morqa yerləşdirilib.
Hadisənin səbəbi araşdırılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir