Kriminal

Geyim mağazasından oğurluq edən qadın tutuldu

“Sədərək” Ticarət Mərkəzində mağzadan geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Ölkə.Az” xəbər verir ki,sentyabrın 12-də saat 13 radələrində “Sədərək” Ticarət Mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir