Dünya

SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi

Türkiyənin Çankırı vilayətində iki güclü zəlzələ baş verib.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, rixter cədvəli üzrə 4,7 bal gücündə olan zəlzələ Çerkeş rayonunda qeydə alınıb. Yerli vaxtla saat 9:00-da baş verən zəlzələnin episentri yerin13 kilometr dərinliyində yerləşib.

3 dəqiqə sonra episentri 5 kilometr dərinlikdə yerləşən rixter cədvəli üzrə 4,8 bal gücündə daha bir yeraltı təkan baş verib. Güclü yeraltı təkanlar paytaxt Ankarada və ətraf şəhərlərdə də hiss edilib. Bölgəyə dərhal xilasedici və təcili yardım briqadaları cəlb edilib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir