Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
V.Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiqlənsin.
Sərəncamla Şuranın sədri V.Talıbov özü olub.
Şuranın üzvləri isə aşağıdakılardır:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri
AMEA Naxçıvan Bölməsinin sədri
Naxçıvan Muxtar Respublikasının təhsil naziri
Naxçıvan Dövlət Universitetinin rektoru