Bu il sentyabrın ayının 1-nə qədər Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5191,2 min nəfər olub ki, onlardan 4939,1 min nəfərini məşğul əhali təşkil edib.
Bu barədə Unikal.org-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 70,9 min nəfər olub, onların 35,3%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, işsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub.