İdman

“Qarabağ” öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ

“Qarabağ” daha bir futbolçunu transfer edib.

“Ölkə.Az” oxu.az-a istinadən xəbər verir ki, bu, əsas komandanın ispaniyalı futbolçusu Xayme Romeronun özündən altı yaş kiçik qardaşı Daniel Romerodur.

Daniel Romero sərbəst futbolçu kimi transfer edilib və Ağdam klubunun əvəzedici komandası üçün sifariş edilib. Artıq o, üç gün əvvəl əvəzedici komandaların da mübarizə apardığı “Qarabağ”ın səfərdə “Zirə”ni 7:1 darmadağın etdiyi oyunda ehtiyat oyunçular skamyasında olub. Lakin baş məşqçi Azər Məmmədov ispan legionerin xidmətinə ehtiyac duymayıb.

23 yaşlı futbolçunun üç gün sonra Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Qarabağ” və “Səbail”in əvəzedici komandaları arasında keçiriləcək I divizion qarşılaşmasında debüt edəcəyi gözlənilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir