“Səudiyyə Ərəbistanına məxsus neft emalı zavodlarına təşkil edilən hücumlar müharibə səbəbidir”.
Redaktor.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın Dövlət katibi Mayk Pompeo belə bəyanatla çıxış edib. Diplomat bildirib ki, hücuma görə İran məsuliyyət daşıyır:
“Hücuma məruz qalan Səudiyyə Ərəbistanından olan şəxslər idi. Hadisə onların torpaqlarında baş verdi. Bu hücum onları birbaşa hədəfə alan müharibə səbəbidir”.