Ölkənin ən reytinqli layihəsi olan “Maşın” şou oktyabrın 1-dən start götürəcək. 17-ci sürətdə də ənənəvi olaraq 18 məşhur yarışacaq.
Anews.az xəbər verir ki, iştirakçıların adı gizli saxlanılsa da, musavat.com bəzilərinin kimliyini öyrənib.
Avtomobil qəzası keçirdiyi üçün ötən verilişdə iştirakçı ola bilməyən müğənni Türkan Vəlizadə bu dəfə maşın ətrafında olacaq.
Yeni klipləri və qalmaqallı açıqlamaları ilə diqqət çəkən müğənni Rəqsanənin qızı Aysun da avtomobil uğrunda yarışacaq.
“Mash-up”ları ilə trenddə birinci olan vayner Rəsul Abbasov da “Maşın” ətrafında yer alacaq.
Maraqlı iştirakı və açıqlamaları ilə “Maşın” şouya damğa vuran müğənni Səidə Sultan yenidən tamaşaçı qarşısına iştirakçı olaraq çıxacaq.
Aparıcı Samir Bayramlının da siyahıda olduğu məlum olub.
Ötən buraxılışlarda uşaqlarının balaca olduğunu deyərək layihəyə qatılmayan aktrisa Sevinc Əliyeva Murad Dadaşovun təklifini geri çevirməyib.
Sosial şəbəkə fenomeni olan Bayram Nurlunun adı siyahı da olsa da, daha sonra onun iştirakçı olması təsdiqlənməyib.