Facebook şirkətinin işçisi özünü binanın damından ataraq intihar edib. Bu barədə anews.az saytı xarici mediyaya istinadən xəbər verir.
Hadisə ABŞ-da Şimali Karolinada baş verib. Sentyabrın 20-si səhər saatlarında Facebook şirkətinin işçilərindən biri şirkətin Şimali Kaliforniyadakı qərargahının binasının damından özünü atıb.
Ölən şəxsin kimliyi hələ ki, açıqlanmayıb. Onun cəsədini yanğınsöndürənlər tapıblar. Hadisə ilə bağlı polis təhqiqatı davam etdirir.
Facebook isə intihar hadisəsinə görə təəssüfləndiyini, hadisənin araşdırılmasında polislə əməkdaşlıq edəcəyini və işçilərinin qayğısına qalacağını bildirib. Sosial şəbəkənin rəhbərliyi onu da deyib ki, intiharla bağlı hüquq-mühafizə orqanlarından yeni məlumatlar əldə etsə bu barədə ictimaiyyəti məlumatlandıracaq.