Dünya

Tramp Yaxın Şərqə əlavə qoşun göndərir – GƏRGİNLİK ARTIR

ABŞ Prezidenti Donald Tramp İranın Səudiyyə Ərəbistanına güman edilən hücumu ilə əlaqədar Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib.

“Report” xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper deyib.
Bundan əvvəl ABŞ İranı Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum etməkdə günahlandırıb. İran bu ittihamı rədd edib.
“Prezident, əsasən hava və raket hücumundan müdafiəyə yönələcək ABŞ qüvvələrinin yerləşdirilməsini təsdiqlədi”, – deyə Esper bildirib.
“ABŞ İranla müharibəyə can atmır… amma çox sayda hərbi əməliyyat variantı var”, – deyə o əlavə edib.
Virtualaz.org xatırladır ki, ABŞ Prezidenti Donald Tramp dünən Ağ Evdə jurnalistlərə açıqlama verərkən İrana qarşı hərbi tədbirlər planın onun masası üzərində olduğunu və vurulacaq hədəflərin müəyyən edildiyini bildirib.

Jurnalistlərə müraciət edən Tramp deyib: “Mən elə burada, sizin yanınızda əmr verə bilərəm: “Uşaqlar, başlayın”. Və bu, İran üçün çox pis gün olardı, sizlər isə yazmağa böyük mövzu əldə edərdiniz. Amma bu ən asan yoldur, ona görə də mən bunu etmək istəmirəm, əgər etməmək imkanım varsa”.
Prezident sonra əlavə edib ki, zərbələrin endirilməsində tələsməmək zəiflik əlaməti deyil, əksinə, onların gücünü göstərir…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir