Manşet Şou biznes

Fədayə Laçını bağışlayaq – ÇAĞRIŞ/VİDEO

REAL TV-nin rəhbəri Mir Şahin Ağayev efirdə çağırış edib.

AZXEBER.COM xəbər verir ki, o müğənni Fədayə Laçınla bağlı müraciət edib.

Mir Şahin dövlətdən müğənnini bağışlamağı istəyib: “Azərbaycanda özünü siyasi məhbus adlandıranlar fonunda öz sevgi dustağını sakit-sakit çəkən Fədayə Laçın ağlıma gəldi. İyun terrorunda dövlətə xəyanət edənlərin bəzilərini bağışladıq, bəlkə Fədayəni də sədaqətinə bağışlayaq?”

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara – Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub. Məhkəmənin qərarı ilə Fədayə Laçına 5 il həbs cəzası verilib
Həmin görüntüləri təqdim edirik

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir