Dünya

MHP sədri Dövlət Baxçalı xəstəxanaya yerləşdirilib

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ankarada xəstəxanaya yerləşdirilib.

Bizimyol.info xəbər verir ki, Haberturkün məlumatına görə,  Dövlət Baxçalı qan təzyiqindən rahatsız olduğu üçün xəstəxanaya gətirilib. Müayinə olunub, vəziyyəti normaldır.

Xəstəxananın önünüdə toplaşan jurnalistlər partiya sədrinin vəziyyəti barədə məlumat almaq üçün xeyli gözləməli olublar.

MHP sədrinin köməkçisi Semih Yalçın D. Baxçalını xəstəxanada ziyarət edib.

O qeyd edib ki, D. Baxçalının şüuru özündədir və səhhəti yaxşıdır: “Dövlət Baxçalının ürəyində hər hansı problem yoxdur. Şüuru özündədir. Müayinələrdən sonra dincəlir. Partiya sədrimizin səhhəti yaxşıdır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir