“Məşhurluq mənim üçün göstərici deyil”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev deyib. Müğənni sosial şəbəkədə yayımladığı videoda məşhurluğu tualet kağızı ilə müqayisə edib:
“Mağazada iki məşhur məhsul var: biri çörək, digəri tualet kağızıdır. İkisi də çox alınır. Amma yan-yana qoyulmur. Ona görə də məşhurluq vacib deyil. Mənim üçün yaxşı və pis musiqi var”.