İdman

Almaniya millisində qalmaqal – Heness Lövü hədələdi

“Bavariya”nın prezidenti Uli Heness qapıçıları Manuel Noyerə dəstək verib.

Qol.az “Sport Bild”ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbəri Almaniya millisinin qapıçısı Mark-Andre Ter Ştegenin açıqlamasına münasibət bildirib.

Ter Ştegenin bugünlərdə millinin əsas qapıçısı Noyerlə mübahisəsi yaranıb. O açıq şəkildə deyib ki, millidə ehtiyatda oturmaq onun ürəyincə deyil. Bundan sonra Noyer həmkarının hərəkətindən utandığını söyləyib.

Uli Heness isə qeyd edib ki, əgər Noyer milliyə dəvət olunmasa, onlar “Bavariya”nın heç bir futbolçusunu bundestimə buraxmayacaqlar: “Bizi belə durum qanə edə bilməz. Bu haqda Yoahim Lövlə danışmayacağam. Çünki artıq mən dedim, o da eşitdi. Löv cənab Ter Ştegenlə danışmalı, onu küncə qoymalı və belə fikirlərin yolverilməzliyini başa salmalıdır”.

Qeyd edək ki, Ter Ştegen “Avro-2020”nin Niderland və Şimali İrlandiyaya qarşı son seçmə matçlarında ehtiyatda qalıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir