“Bölgələrdə bizim bütün kişilərimiz seksual həyata zoofil kimi başlayırlar və biz buna normal baxırıq. Biz deyirik ki, kişi zoofil olsun, amma gedib sevdiyi qızla birlikdə olmasın”.
Bu sözləri “Seksin poeziyası”adlı kitabın müəllifi, yazıçı Aysel Əlizadə publika.az saytına verdiyi müsahibəsində qeyd edib.
Sonxeber.az yazıçı xanımın dediklərinə aydınlıq gətirmək məqsədi ilə onunla əlaqə saxlayıb. Lakin Aysel Əlizadə kobud rəftarı ilə yanaşı, müsahibədə belə bir ifadə işlətmədiyini də vurğulayıb:
“Bu müsahibəmin vaxtı bitib. Həm də elə deməmişəm. İşiniz, gücünüz yoxdur sizin?”