Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib.
Oxu.Az-ın məlumatına görə, BŞİH-nin cavab məktubu təşkilatçılara təqdim edilib.
Məktubda sentyabrın 28-də Lökbatan qəsəbəsi, 28 May küçəsi, Neftçi İdman Klubunun Qaradağ təlim-idman bazasında Milli Şuranın mitinq keçirməsinə razılıq verilməsi qeyd edilib.
Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.