Sentyabrın 14-də Türkiyənin Van bölgəsində keçirilən antiterror əməliyyatı nəticəsində 5 PKK-lı zərərsizləşdirilib.
“Anadolu” agentliyi verdiyi xəbərə görə, həmin terrorçulardan birinin “Artos” ləqəbli Bayram Başkala olduğu müəyyənləşdirilib.
Bildirilir ki, Daxili İşlər Nazirliyi onun adını “qara siyahı”ya salaraq tutulması üçün 300 min lirə ayırıb.
O, 2015 və 2018-ci illərdə Van-Çatak, Çatak-Bahçesaray və Çatak-Siirt avtomobil yollarına bomba yerləşdirərək törədilən terror aktlarının təşkilatçısı olub.
Bundan başqa, Başkala 2016-cı ildə 2 təhlükəsizlik mühafizəçisi və 2017-ci ildə 1 starşinanın şəhid olması ilə nəticələnən teraktları törədib.(Qafqazinfo)