Dünya

Donald Trampın əleyhidarlarının sayı artıb

ABŞ-da “The Hill” nəşri üçün keçirilən rəy sorğusunda iştirak edənlərin 47 faizi prezident Donald Trampın impiçmentinə tərəfdar çıxıb.

Bizimyol.info xəbər verir ki, sorğu iştirakçılarının 42 faizi D.Trampın impiçmentinə qarşı olduqlarını deyib, qalan 11 faizi də bu barədə qəti rəy bildirməyiblər.

Hazırkı dövlət başçısının istefasını zəruri hesab edənlərin sayı onun Ukrayna prezidenti ilə son telefon söhbəti ətrafındakı qalmaqala görə xeyli artıb.

Xatırladaq ki, sentyabrın 24-də Konqresin Nümayəndələr palatasının sədri Nensi Pelosi impiçment prosedurunun başladığını açıqlamışdı. Ondan əvvəl D.Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı 2020-ci il seçkilərində güclü namizədlərdən sayılan keçmiş vitse-prezident, Demokrat Partiyasının nümayəndəsi Co Baydenin oğlunun adıçəkilən ölkədəki fəaliyyətini araşdırmalarını istəyib. KİV-ə sızdırılan bu məsələ Donald Trampa qarşı seçkilərə təsir etmək üçün hakimiyyətdən sui-istifadə ittihamlarının geniş vüsət almasına səbəb olub.(report)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir