Paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində (20 yanvar dairəsi istiqamətində) avtobus dayanacaq məntəqəsinin ərazisi meyvə-tərəvəz satılan zonaya çevrilib.
Zirveyolu.info xəbər verir ki, daha çox pik saatlarında vəziyyət o həddə çatır ki, avtobuslar dayanacaq məntəqəsinə daxil ola bilmirlər. Məcbur olaraq yolun hərəkət hissəsində saxlayırlar. Bu isə həm tıxaca səbəb olur, həm də sərnişinlərin avtobusdan istifadəsi zamanı ciddi təhlükə ilə üz-üzə qalması deməkdir.
Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə müdaxilə edəcək.
/avtosfer.az/