Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov 11 gündür ki, itkin düşüb.
Zirveyolu.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Ə. Cəfərovun atası Əfqan Cəfərov məlumat verib.
O qeyd edib ki, oğlu ilə sonuncu dəfə sentyabrın 18-də söhbətləşib: “Bu il onun təhsil haqqını ödəyə bilmədik. Ödənişi 1500 manat idi. Azərbaycan Dillər Universitetinin ispan filologiyası ixtisası üzrə təhsil alır. I kursdan da kəsiri olubmuş. Özü bizə utanıb heç nə deməyib. Həm təhsil haqqını ödəyə bilmədiyimizə, həm də kəsiri olduğuna görə xəcalət çəkib evdən gedib. O gündən bəri məlumatımız yoxdur. Oğluma dedim ki, bu vəziyyətə üzülməsin. Dövlətə müraciət edərik, bizə köməklik edərlər. Özümüz hazırda Qara Qarayevdə kirayədə qalırıq. 25-ci polis bölməsinə axtarış üçün müraciət etmişəm. Amma məni o tərəf, bu tərəfə yollayırlar. Özüm neçə gündür ki, oğlumu axtarıram. Oğlum hardadırsa, evimizə qayıtsın. Biz onun yolunu gözləyirik”.
Qeyd edək ki, Əsədulla Cəfərovu görənlər atası ilə əlaqə saxlaya bilər.
Əlaqə telefonu: (050) 461-53-17