Cəmiyyət

Fədayə Laçından XƏBƏR VAR

Səhər saatlarından bəzi saytlarda məhbus müğənni Fədayə Laçının artıq azadlıqda olması ilə bağlı xəbərlər yayılıb. Xəbərin yalan, və ya doğru olduğunu araşdırmaq üçün müğənninin bacısı İlahə Fəda ilə əlaqə saxladıq.

News24.az-a açıqlama verən İlahə Fədayə bildirib ki, deyilənlər şaiyədən başqa bir şey deyil: “Onun iki illik cəzası hələ tamam olmayıb. Necə azadlıqda ola bilər? Oktyabrın 28-i azadlıqda olacaq. Artıq iki ildir hazır vəziyyətdə onu qarşılamaq üçün dayanmışıq. Hüquqları, qanunları olan dövlətdə yaşayırıq. Bura Afrika deyil ki? İki ili tamam olan gün azadlığa buraxılacaq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir