Şou biznes

Opera və Balet Teatrında “Şəhrizad” baleti nümayiş olunacaq

Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnələşdirilmiş “Şəhrizad” baleti nümayiş ediləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, müəllifi məşhur xoreoqraf Mixail Fokin olan səhnə əsərində əsas partiya – Zübeydə rolunu ilk dəfə balet truppasının aparıcı solisti, Əməkdar artist Cəmilə Kərimova ifa edəcək. Səhnə əsərində, həmçinin Əməkdar artist Makar Ferştandt, solistlər Timur Oduşev, Dilarə Mehdiyeva, Dinara Şirinova və başqaları çıxış edəcəklər.

Səhnə əsəri bəstəkarın 1888-ci ildə yazdığı eyniadlı simfonik süitası əsasında tamaşaya qoyulub.

Balet Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir