Yataq xəstəsi anası olan 19 yaşlı gənc qızın, öz atası tərəfindən işgəncələrə məruz qaldığı görüntülər sosial şəbəkədə paylaşıldıqldan sonra mətbuatın da gündəminə düşüb.
Atanın vəhşiliyi hər kəsin sərt reaksiyasına səbəb olub.
Anews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, etdiyi yardımlarla hər zaman adından söz etdirən müğənni Haluk Levent gənc qıza kömək edəcəyini, vəhşi atanın cəzalandırılması üçün əlindən gələni edəcəyini bildirib.
Müğənnilikdən əlavə rəhbəri olduğu AHBAP dərnəyi ilə ehtiyacı olanlara kömək əlini uzadan H.Levent döyülən gənc qız barəsində “tvitter”də yazıb:
“Qızımızla əlaqə qura bildik. Təəssüf ki, atası tərəfindən Tuğbaya daha pis davranışların edilməsi mümkündür. Vəkil Turgay Özcan hər cür hüquqi durumlarla maraqlanacaq. Qızımızın səhhətindəki problemi və maddi problemlərini həll edəcəyik.
Yenə məni qəhrəman elan etmisiniz” deyən müğənni, “Tuğba qızımız mövzusunda elə bir böyük iş görməmişəm. Sadəcə vasitəçi oldum. 2 dostum bundan sonra onların həyatlarını asanlaşdırıb əllərindən gələni edəcəklər. Həmçinin atanın ağır cəza alması üçün məşğul olacağqı. Əsl qəhrəman bu xeyriyyəçilərdir”.
Qeyd edək ki, bir neçə gün öncə Taksim Tarlabaşı bölgəsində bir evdə yaşayan 19 yaşlı gənc qız öz atasının işgəncəsinə məruz qalıb. O kömək üçün fəryad edərkən, işgəncə görüntüləri qısa müddətdə sosial mediada yayılıb.
Ata İstanbul Respublika Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində tutulub.(Unikal)