Qırızstan Prezidenti Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci Dövlət Başçılarının Zirvə toplantısında iştirak edəcək.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Qırğızıstanın dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Jeenbekov Türk Şurasının iclasında iştirak etməklə yanaşı, Bakıya səfər edəcək digər ölkələrin liderləri ilə də bir sıra görüşlər keçirəcək.
Səfərdə Qırğızıstan liderini xarici işlər naziri Çingiz Aydarbekov, iqtisadiyyat naziri Sanjar Mukanbetov, maliyyə naziri Baktıgul Jeenbayev, mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, həmçinin Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıqov müşayət edir.
Sooronbay Jeenbekovun bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşü planlaşdırılır. Bu görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.