Türkiyənin Meşəçilik və Əkinçilik Nazirliyi (Tarım ve Orman Bakanlığı) ölkənin ən böyük şəhərlərinin restoranlarında reydlər keçirib.
Publika.az xəbər verir ki, bir çox restoran və kafelərdə həyata keçirilən araşdırmalar zamanı maraqlı faktlar üzə çıxıb. Nazirliyin yaydığı yekun reyddə qeyd edilir ki, bəzi obyektlər saxta məhsullardan istifadə edir, hətta müxtəlif restoranlar at və eşşək ətini müştərilərə mal əti adı ilə satır.
Məlumatda qeyd edilir ki, İstanbulun məşhur “Sultanahmet köftecisi” restoranı müştərilərini aldadaraq onlara eşşək əti yedizdirir.