Prezident İlham Əliyev Faiq Qarayevin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Faiq Əli oğlu Qarayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Faiq Qarayev Azərbaycan Voleybol Federasiyasının vitse-prezidentidir. O, uzun illər qadınlardan ibarət voleybol millimizin baş məşqçisi postunda çalışıb.
Ötən ilin oktyabrında Yaponiyada keçirilən dünya çempionatından sonra Qarayev səhhəti ilə bağlı millidəki postundan istefa verib.