Avropa Liqasının qrup mərhələsində növbəti iki turda “Qarabağ”la qarşılaşacaq APOEL-in zədəli futbolçusu Praxitelis Vouros sağalıb.
Qol.az “Kerkida”ya istinadən xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan 24 yaşlı müdafiəçi iki aylıq fasilədən sonra meydana çıxmağa hazırdır.
Qeyd edək ki, “Qarabağ” – APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında növbəti görüş noyabrın 7-də Nikosiyadakı GSP stadionunda reallaşacaq.