Sosial

Azərbaycanda saxta şpirislər satılır – TƏHLÜKƏ

Hazırda bir çox yerlərdə saxta şpirislər satılır.

Bu barədə Oxu.Az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

“Bazarın bütün seqmentlərində saxta mallar var. Daxili İşlər Nazirliyinin içkilərlə bağlı işini yüksək qiymətləndirirəm. Hər kəs bu işə dəstək olmalıdır ki, proses davam etsin.

Eyni zamanda, saxta şpirislər də satılır. Onların iki və üç hissəli olduğu üzə çıxıb. Belə ki, üç hissəli olan şpirislər təhlükəlidir. Hazırda onların satış şəbəkəsini müəyyənləşdirmək üçün araşdırma aparırıq. Dövlət qarşısında bu məsələni qaldıracağıq. Hazırda təhlükəli şpirislər bazarın böyük bir hissəsini əhatə edib”, – deyə sədr bildirib.

Eyyub Hüseynov qeyd edib ki, hazırda saxta şpirislərin satış yerlərini öyrənməyə çalışırlar:

“Əlimizdə məlumatlar olandan sonra lazımi orqanlara məlumat veriləcək”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir