Dünən ABŞ-Türkiyə anlaşması ilə əslində qardaş Türkiyəmiz onsuz da parçalanmaqda olan Suriyadan ilkin payını almış oldu. Ən azından Dünyanın superdövləti olan Amerika təsdiqlədi ki, buralar – Suriyann Türkiyə ilə həmsərhəd olan şimal hissəsinin içlərə doğru olan 30-35 kilmoetr uzunluğundakı hisələri Türkiyənindir. Türkiyənin verdiyi şəhidlərimizin qanı yerdə qalmadı. Davamı gəlsin… və bunu cani-dildən arzulayırıq.
Arzumuz isə tək bu deyil və BİZ AZƏRBAYCAN TÜRKLƏRİNİN ən böyük arzusunun da nədən ibarət olduğunu təxmin etmək o qədər də çətin deyil.
Bəli, söhbət Qarabağ yanğımızdan gedir və qardaş Türkiyənin hər uğurlu addımında “keçgə biz də belə edə biləydik” deyərək Şuşamızı xatrılamağımız tam olaraq təbiidir, anlaşılandır.
***
İllərdir SAVAŞ İSTƏYİRİK. Savaşmaq istəyirik. Necə ki, ailə həyatı qura bilməyən qızlar evdə qarıyırlar, eləcə də Qarabağı azad etmək yanğısı ilə Azərbaycan kişiləri qocalırlar, ölürlər… Bu yanğıları da içlərində…
İstədiyimiz tək budur və elə buna görədir ki, bu gün hətta ən məmnun Azərbaycan vətəndaşının belə məmnunluğu natamamdır… Sonuna qədər xoşbəxt deyil adamlarımız və xoşbəxt ola bilməzlər də… İmkansızdır.
***
Türkiyə bacard. Demirəm ki, bizlər də Dünyanın yarısına hökmranlıq etmiş türkiyəli qardaşlarımız qədərində olaq. Onların yarısı qədərində olmağımız da yetərlidir. Təki ortada istək olsun…
Belə də… hə… biz Türkiyə türklərindən DAHA BÖYÜKÜK!.. Yəqin razı qaldınız. Amma bu böyüklüyü tam varlığımızla hiss etdiyimiz an … inanın ki, cənab Ali Baş Komandanımız bizi Türkiyənin yaşadıqlarından da daha BÖYÜK OLAN QƏLƏBƏYƏ doğru daşıyacaq.
***
Yəni… İş bizdədir. Böyüməliyik… Özü də Qarabağa qədər… QARABAĞ QƏDƏRİNDƏ!
Məhəmməd ƏRSOY
Dia.az-ın baş redaktoru