Mehriban Əliyeva Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Redaktor.az-ın xəbərinə görə, Birinci vitse-prezident bu barədə özünün “Instagram” səhifəsində yazıb:
“Əziz həmvətənlər! Sizi Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm! Ölkəmizə davamlı inkişaf, yeni-yeni nailiyyətlər, sülh və firavanlıq arzulayıram”.