Dünya

Türkiyənin uğuru dünya mediasında – “Ərdoğan istədiyini aldı”

Dünya mediasında Türkiyə və ABŞ arasında Suriyanın şimalındakı vəziyyətlə bağlı əldə olunmuş saziş geniş müzakirə olunub.

Redaktor.az xəbər verir ki, dünyanın aparıcı əksər media qurumları Ankara və Vaşinqton arasında əldə olunmuş sazişin Türkiyə üçün daha uğurlu olduğunu  yazıb.

ABŞ mediasına görə, prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-dan “istədiyini alıb”. “Washington Post” qəzeti Ankaranın uğurlu siyasətinə diqqət çəkib. “Guardian”,  “France 24”, “Euronews”, “ABC” digər media qurumları da sazişin Türkiyə lehinə olduğunu vurğulayıb.

Xatırladaq ki, Türkiyə və ABŞ arasında imzalanan sazişə görə, Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatlarına 5 gün fasilə verilib. Bu müddət ərzində PKK-PYD terrorçuları bölgədən çıxmalıdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir