Bakıda taksi sürücüsünə qarşı quldurluq olub.
Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Bağırov Arzuman Ramiz oğlu axşam saatlarında taksi fəaliyyəti ilə məşğul olduğu “Opel” markalı maşında sərnişinlərin hücumuna məruz qalıb.
Sərnişinlər A.Bağırovun sifət nahiyəsinə yumruqla zərbə endirdikdən sonra boğazında olan gümüş boyunbağı, 88 AZN pulu və bir ədəd “Samsung” markalı telefonunu götürüblər.
Axtarış nəticəsində məlum olub ki, hadisəni Gəncə şəhər sakini 1972-ci il təvəllüdlü Ələkbərov Sahib Könül oğlu və onun tanışı Emil adlı şəxs törədib.
S.Ələkbərov saxlanılıb, Emilin axtarışları davam edir.
Fakt araşdırılır.