Cəmiyyət

“Balın üstünə Şəki yazılıbsa, o demək deyil ki, Şəki balıdır”

“Yarmarkada bal məhsullarının qiymətini tələb və təklif müəyyənləşdirirdi. Əlbəttə ki, kənarda olan alış-satışlar da qiymətə təsir edirdi”.

 

Modern.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.

 

O bildirib ki, yarmarka ilə yanaşı, digər obyektlərdə də bal məhsullarının satışı təşkil edilirdi:

 

“Satıcılar yarmarkanın son günlərində ciddi endirimlər etdilər. Bundan başqa 5 Oktyabr-Müəllimlər Günü ilə əlaqədar olaraq da təhsil işçilərinə 20 faiz endirim tətbiq edilmişdi. Aqrar Tədqiqatlar Mərkəzi qiymətlərlə bağlı araşdırma aparıb. Araşdırmanın nəticəsinə əsasən 2475 nəfərdən 87 faizi qiymətlərdən razı olduğunu, 11 faizi qismən razı olduğunu, 2 nəfər isə razı olmadığını bildirib”.

 

Nazirlik rəsmisi qeyd edib ki, bir çox arıçılar yarmarkanın sonunda belə qiyməti aşağı salmadı:

“Belə balçılar məhsuluna əmin olduğunu və il boyu balını satacağını deyir. Bir kateqoriya alıcı var ki, qiymətləri endirdi. Bundan əlavə, Şəki balı yazılıbsa, o demək deyil ki, Şəki balıdır. Çünki arıları mütəmadi olaraq dağdan Arana və əksinə gəzdirirlər. Balın qiymətinin formalaşmasına təsir edən də əsas məqamlardan da biri nəqliyyat xərcləridir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir