Bundan sonra məşhur xanəndə Elnarə Abdullayeva efirlərə yalnız ustad sənətkarlarla birgə çıxacaq.
Bu barədə Oxu.Az-a Əməkdar artistin özü məlumat verib.
Xanəndə efirlərə müğənnilərlə birlikdə çıxmamaq haqqındakı qərarının qəti olduğunu bildirib:
“Bu, konkret qərarımdır. Amma ustad sənətkarlarla efirləri paylaşacam. Onların yeri başqadır. Onlar da hər verilişə və başqa yerlərə getmirlər”.
Elnarə Abdullayeva müğənnilərlə efirə çıxmama səbəbini açıqlamaq istəməyib.