Cəmiyyət

Novxanı və Mehdiabad sakinlərinə şad xəbər-RƏSMİ AÇIQLAMA

Abşeron rayonunun Novxanı və Mehdiabad kəndlərini birləşdirən yolun istifadəyə yararsız olduğu ilə bağlı Sonxeber.az saytına şikayət daxil olub. Belə ki, Çingiz Əliyev adlı şəxs şikayət edərək bildirib ki, sözügedən ərazinin yolları 5 ildir ki, bərbad haldadır:
“2 km-lik yolda nə maşın sürmək mümkündür, nə də piyada getmək. Bir az yağış yağan kimi ümumiyyətlə hərəkət etmək mümkünsüz olur. Bu 5 ildə bir dəfə əhali toplaşıb yolu təmir etdi. Lakin yenidən eyni vəziyyətə düşüb. Dəfələrlə müraciətlər etsək də, şikayətlərimizə cavab verən olmayıb. Sonuncu dəfə Abşeron Rayon İcra Hakimiyyətinə 5 ay öncə müraciət etdik. Amma bu məsələyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh olduğunu bildirdilər”.

Sözügedən problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, məsələ ilə bağlı adiyyatı qurumlara müraciət olunub:
“Hazırda Abşeron rayonunun Novxanı və Mehdiabad kəndlərini birləşdirən yolun yenidən təmir olunması və asfalt örtüyünün təzələnməsi ilə əlaqədar olaraq rayon icra hakimiyyəti tərəfindən müvafiq işlər görülür.Yaxın müddətdə həmin yola yeni asfalt örtüyünün vurulması ilə bağlı işlərə başlanılacaq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir