Dünya

Ərdoğan səlahiyyətlərini yenə köməkçisinə təhvil verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini köməkçisi, vitse-prezident Fuad Oqtaya təhvil verib.

Anews.az bildirir ki, bu barədə “Resmi gazete”də dərc olunan qərarda deyilib.

“22 oktyabr 2019-cu il tarixində Rusiyaya səfər edəcəyimdən qayıdana qədər səlahiyyətlərimi Türkiyə Cümhuriyyəti Konstitusiyasının 106-cı maddəsinə əsasən, Prezident köməkçisi Fuad Oqtaya həvalə edirəm”, -deyə məlumatda qeyd olunub.Xatırladaq ki, Ərdoğan 7-8 oktyabr tarixlərində Serbiyaya səfər edəndə də səlahiyyətlərini Fuad Oqtaya təhvil vermişdi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir