Cəmiyyət

AMEA-nın Fizika İnstitutu: “Bizim Hacıbala Abutalıbov adında işçimiz yoxdur…”

Bu gün bəzi yerli saytlar baş nazirin müavini vəzifəsini dünəndən etibarən boşaldan Hacıbala Abutalıbovun “ehtiyat” vəzifəsinin olduğunu “aşkar ediblər”.
Aztirajlı medianın tirajladığı həmin xəbərdə deyilirdi ki, 75 yaşlı Abutalıbov 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri postunu (əlbətdə ki, formal)  tutur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib və bütün bu müddət ərzində həm də kafedra müdirinin maaşını alırmış. Və iddia olunurdu ki, Abdutalıbov gələn həftədən etibarən AMEA-dakı iş yerinə gedəcəyini deyib.

Lakin AMEA-nın Fizika İnstitutu baş nazirin keçmiş müavini, dünəndən etibarən işsiz qalan 75 yaşlı Hacıbala Abutalıbovun institutda vəzifəsinin olduğunu təsdiq etməyib. İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Əhmədli virtualaz.org-a deyib ki, Abutalıbov həqiqətən “Yarımkeçiricilərin kvant elektronikası” labaratoriyasının müdiri vəzifəsini tuturdu. Lakin Bakı şəhər İcra Hakimiyyətinin rəhbəri təyin olunandan sonra həmin vəzifədən çıxıb və üstəlik labaratoriya da bağlanıb. “O vaxtdan bəri bizdə belə labaratoriya yoxdur, Hacıbala Abutalıbov da Fizika İnstitutunda hansısa vəzifə tutmur”,-M.Əhmədli bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir